İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
Sfera.az xəbər verir ki, AVRO-2024-ün yarımfinal mərhələsinin Fransa ilə görüşündə fərqlənən 16 yaşlı hücumçu Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu olub.
L.Yamal bununla da AVRO-2004-də İsveçrə millisinin heyətində 18 yaşında rəqib qapısına yol tapan Yohan Vonlantenun rekordunu yeniləyib. (Musavat.com)