RU

Kreml Ukrayna ilə sülh prosesinə sürpriz vasitəçi təklif etdi

Rusiya Ukrayna ilə sülh danışıqları üçün yeni vasitəçi təklif edib.

 

Senzor.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

 

Diplomat bildirib ki, İran bu məsələdə yeni vasitəçi ola bilər: “Hələlik biz iranlı dostlarımızdan bu mövzuda konkret siqnallar almamışıq, lakin əgər İran hazırda bir neçə - onlarla ölkənin həyata keçirdiyi vasitəçilik səylərinə qoşulmaqda maraqlı olarsa, o zaman biz bunu nəzərdən keçirməyə hazırıq”.

 

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasındakı münaqişənin həllində vasitəçi qismində yalnız ABŞ, Avropa İttifaqı və Çinin çıxış edə biləcəyini deyib.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kiyev Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqlardan imtina edir: “Eyni zamanda Ukrayna Rusiya Prezidentinin təqdim etdiyi sülh planını da qətiyyətlə rədd edib. Ona görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilməz”. 

 

Bütün bunların fonunda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun açıqlaması ən azı qəribə təsir bağışlayır və sual doğurur: Niyə məhz İran? 

 

Tanınmış politoloq Elxan Şahinoğlu məsələyə məhz bu konteksdən yanaşır: “Türkiyə, Macarıstan, hətta Çin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər, alınmadı. Bu dövlətlərin bacarmadığını İran bacaracaq?”.

 

Politoloq hesab edir ki, bu təklifdə hiylə var: “Məsud Pezeşkian İran Prezidenti seçilib. Ondan böyük gözləntilər var. Görünür, Rusiyanın siyasi və diplomatik dairələrində Məsud Pezeşkianın ölkəsinin xarici siyasətini korrektəyə çalışa biləcəyindən ehtiyat edirlər. Ona görə də ona reallaşması mümkün olmayan tapşırıq verirlər: “Gəl, vasitəçi ol!” Məsud Pezeşkian fəaliyyətinə niyə uğursuzluqla başlamalıdır?”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
131
50
senzor.az

10Источники