RU

Blinken: İnanıram ki, Azərbaycan və Ermənistan yekun razılaşma əldə etməyə çox yaxındır

"Son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb".

 

Bu fikirləri ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüşdən öncə bildirib.

 

O bildirib ki, tərəflər arasında sülhün əldə olunması hər iki ölkə və region üçün, xüsusilə də ABŞ ilə əlaqələrdə misilsiz imkanlar yaradacaq:

 

"Nizamlanma prosesinin davam etdiyi müddətdə ABŞ həm Avropa İttifaqı, həm də Avropadan olan tərəfdaşları ilə bu prosesə dəstək göstərməyə çalışırdı. Bu gün isə əldə olunan nəticələrin təhlili üçün imkan yaranıb. Bütün öhdəliklərimizə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son həftələrdə hər iki tərəf yekun sülh razılaşmasını imzalamağa yaxındır. Bu müqaviləni ABŞ da qeyd-şərtsiz dəstəkləyəcək. Ona görə də mən bir daha bu məsələdə hansı mərhələdə olduğumuzu qiymətləndirmək üçün bu görüşdə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Bu görüş ABŞ-ın sülh razılaşmasının imzalanması istiqamətində hansı tədbirləri görməli olduğunu müəyyən etmək fürsətidir", - deyə Blinken vurğulayıb.

 

APA

Tarix: 10 İyul 2024, 22:17   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
1
pravda.az

2Источники