RU

Orban: ”Ərdoğan Rusiya və Ukrayna ilə anlaşa biləcək yeganə liderdir”

“Türkiyə Ukraynada müharibə başlayandan bəri sülhün təmin edilməsində əvəzolunmaz bir aktor olduğunu sübut edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O daha sonra vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimi kimi tarixə düşüb.

Ölkəsinin Avropa Birliyinə (AB) sədrliyini yerinə yetirdikdən sonra Ukraynanı, daha sonra Rusiya və Çini ziyarət edən və bu təmasları “sülh missiyası” adlandıran Orban Vaşinqtondakı təmasları zamanı bu missiyasını prezident Ərdoğanla görüşərək davam etdirdiyini qeyd edib.

Viktor Orban ikitərəfli görüş zamanı vurğulayıb ki, Ukraynada daha amansız səviyyəyə çatan müharibədəki iztirablara son qoymaq üçün sülh təşəbbüsü zəruriliyi qaçılmazdır.

“Prezident Ərdoğan Qara dənizdə Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi bağlaya bilən yeganə uğurlu dövlət xadimidir”.

Orban bildirib ki, döyüşən tərəflər bir-birindən çox uzaq məsafədə qalırlar, lakin sülh dostları birləşsə, sülhə doğru növbəti addım birlikdə atıla bilər.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
2
konkret.az

3Источники