RU

ABŞ-də həddindən artıq istilər səbəbindən 27 nəfər ölüb

Ötən həftə ABŞ-nin bir çox ştatlarında həddindən artıq istilər nəticəsində azı 27 nəfər ölüb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə \"Washington Post” qəzeti məlumat yayıb.
 
Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, bir çox bölgədə, xüsusən də ABŞ-nin qərbində rekord temperatur müşahidə olunur.

İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, ABŞ-də son illərdə həddindən artıq isti havanın yaratdığı ölüm halları artsa da, bu rəqəm 2021-ci ildə təxminən 1600, 2022-ci ildə təxminən 1700, 2023-cü ildə isə 2 min 300-ü keçib.
 
Mikayıl
Избранный
76
7
azxeber.com

9Источники