RU

Avropa İttifaqı - Gürcüstan münasibətləri gərginləşir- Tbilisiyə qarşı sanksiyalara rəsmi reaksiya

ABŞ və Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı müdafiə sanksiyaları ilə bağlı qərarı Tbilisini təəssüfləndirir. 

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib. 

O, Qərbin təsdiqlədiyi məhdudiyyətlərin Gürcüstan hakimiyyətinin münasibətlərin yenidən qurulması ilə bağlı “gözləntilərini doğrultmadığı” fikrində olduğunu bildirib. Baş nazir vurğulayıb ki, son 4 ildə ölkədə baş verən siyasi hadisələrdən sonra əlaqələrə yenidən baxılmasına ehtiyac var idi. Kobaxidze Tbilisinin buna hazır olduğunu da qeyd edib. 

İyulun 5-də məlum olub ki, ABŞ Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salır. Ağ Ev həmçinin Tbilisi ilə bütün əməkdaşlıq proqramlarına yenidən baxılacağını açıqlayıb. İyulun 9-da Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını elan edib. Bundan əlavə, Aİ Gürcüstanın Müdafiə Qüvvələrinə dəstək üçün ayrılan 30 milyon avronu da dondurub. 

ElcanMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
missiya.az

1Источники