Bakı, 11 iyul, AZƏRTAC
Finlandiya və İsveç Macarıstanda keçirilən Avropa İttifaqı (Aİ) nazirlərinin görüşlərini boykot etməyə hazırlaşır. Onlar bu addımı Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərinə etiraz olaraq atacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Məlumata görə, Finlandiya və İsveçin baş nazirləri Petteri Orpo və Ulf Kristersson iyulun 10-da bu məsələ ilə bağlı razılığa gəliblər. Boykot o deməkdir ki, ölkələr Aİ Şurasına sədrlik çərçivəsində Macarıstanda keçirilən Aİ nazirlərinin iclaslarına nazir və ya dövlət katiblərini göndərməyəcəklər.