Demokrat.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib ki, Tbilisinin Qərb tərəfdaşları ilə münasibətlərin bərpası ilə bağlı gözləntiləri ürəkaçan deyil.
Onun sözlərinə görə, ABŞ-ın “Layiqli tərəfdaş 2024” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarı və Aİ-nin Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyon avro ayırmasını dondurmaq niyyəti rəsmi Tbilisinin Qərb tərəfdaşları ilə münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərini doğrultmur:
“Bu qərar təəssüf doğurur, mən dəfələrlə qeyd etmişəm ki, bu, münasibətlərin bərpası ilə bağlı gözləntilərimizə cavab vermir”.
Kobaxidze son 4 ildə baş verən siyasi hadisələrə görə bu münasibətlərin həqiqətən yenidən qurulmağa ehtiyacı olduğunu vurğulayıb.
"Gürcüstan hökuməti və dövləti buna tam hazırdır", - deyə baş nazir bildirib.
Şahanə Xankişiyeva
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.