RU

Avropa İttifaqının əhalisinin sayı ARTIB - Ən çox insan... - STATİSTİKA

Avropa Statistika İdarəsi (Eurostat) 1 yanvar 2024-cü il tarixinə Avropa İttifaqı (Aİ) ölkələrinin əhali məlumatlarını dərc edib.

 

Sfera.az xəbər verir ki, Aİ 27 ölkədən ibarətdir. 2023-cü ilin əvvəlində bu ölkələr 447,6 milyon nəfər vətəndaşa sahib olub. 2024-cü ildə həmin ölkələrin əhali sayı 449,2 milyon nəfərə yüksəlib.

 

Aİ ölkələri arasında ən çox əhali Almaniyada yaşayır. Bu ölkənin əhali sayı 83,4 milyon nəfərdir. Əhali sayına görə Almaniyanı 68,4 milyon nəfərlə Fransa, 59 milyon nəfərlə İtaliya, 48,6 milyon nəfərlə İspaniya, 36,6 milyon nəfərlə Polşa, 19 milyon nəfərlə Rumıniya, 17,9 milyon nəfərlə Hollandiya izləyir. İttifaqa üzv ölkələrdən ən az əhali Maltada (563 min nəfər) və Lüksemburqda (672 min nəfər) yaşayır.

 

Vasif

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
50
sfera.az

10Источники