"Formula-1" radiosunun şərhçisi Con Hantın 61 yaşlı həyat yoldaşı və iki qızı Hertfordşirdəki (İngiltərə) evində ölü tapılıblar.
Yenisabah.az xəbər verir ki, həmin gün kişi BBC radiostansiyasında işdə olub.
Polis qətlin araşdırılmasına və qızlardan birinin keçmiş sevgilisi olduğu güman edilən şübhəli Kayl Kliffordun axtarışına başlayıb
Videogörüntülərdə Kliffordun gecə saatlarında arbaletlə küçə ilə getdiyi, daha sonra cinayətin törədildiyi evə aparan xiyabandan çıxdığı görünür.
Şübhəlinin artıq saxlanıldığı bildirilir./oxu.az
Telegram kanalımız