RU

Bakıda 3 yeniyetmə dənizdə BATDI - VİDEO

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. 

Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir. 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
50
bizim.media

10Источники