RU

Professor: Günvurma ağır dərəcədədirsə, bu zaman beyin zədələnir

Nəinki beyində, hətta bütün orqanizmdə dəyişiklik yaranır
 
Günvurma insanlarda ürək və beyin zədələnməsinə səbəb ola bilər.
Axar.az bildirir ki, mövzu ilə bağlı Mersin Universitetinin professoru Seyran Bozqurd araşdırma edib.
Professorun sözlərinə görə, bədəndə hərarət artmağa başlayanda zərər verir:
"Bu, beyin toxuması, ürək, qaraciyər, böyrək kimi bir çox sistemin pozulmasına səbəb olur. İsti havalarda çölə çıxarkən qoruyucu tədbirlərin görülməsi vacibdir. Son günlər günvurma nəticəsində yaranan xəstəliklər səbəbindən xəstəxanaların təcili yardım şöbələrinə müraciətlər artıb. Günvurma qalıcı xəstəliklərin əlamətlərini artıra bilər. Həddindən artıq isti və rütubətli mühitə məruz qaldıqda bədəndə balans pozulur. Bədəndə hərarət artdıqda zərər verir. Bu da ağırlaşmaya səbəb olur. Risk qrupunda olan insanlar nazik, pambıq paltar və günlük geyinməlidir. Uşaqlar, yaşlılar, xroniki və dəri xəstəlikləri olanlar risk qrupundadırlar. Müəyyən risk faktoru olan insanlar isti havada çölə çıxmamalıdırlar. Əgər çölə çıxmaq məcburiyyətində olsalar, qoruyucu tədbirlər görməlidirlər. Maye qəbulunda çox diqqətli olmaq lazımdır".
S.Bozqurd bildirib ki, Günəşin təsirinin ən yüksək olunduğu saatlarda dənizdə çimmək olmaz:
"Dəniz suyu duzlu olduğu üçün maye itkisini artırır. Ona görə də Günəşin olmadığı saatları seçmək münasibdir. Orqanizmi isti havaya uyğunlaşdırmaq lazımdır. Çöldə olduğumuz anlarda qəflətən bədənin tarazlıq mexanizmi qarışa bilər, burada vacib məqam ondan ibarətdir ki, uyğunlaşmaya alışmaq lazımdır".

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a bildirib ki, günvurma və istivurma hadisələri biri-birinə yaxın hadisələrdir:

“Hər ikisində də bədənin istilik mexanizmi pozulur və temperaturun artması baş verir. Günvurma zamanı ultrabənövşəyi şüalar zədələyici təsirlər göstərir. Nəinki beyində, hətta bütün orqanizmdə dəyişiklik yaranır. Orqanizmdə temperaturun yüksəlməsi, qanın qatılaşması, mayenin azalması və hüceyrələrin mikroskopik qan təchizatının pozulması hadisələri baş verir. Bunların hər biri orqanizm üçün ciddi və oksigen azlığı kimi problem deməkdir. Beyin hüceyrələridə bunlardan əziyyət çəkir. Ona görə də xəstələr bayılır, təzyiq düşür və soyuq tər basır. Günvurma ağır dərəcədədirsə, bu zaman beyin zədələnir. Çünki beyin hüceyrələri oksigen azlığına çox həssasdırlar. Günvurma, istivurma zamanı dərhal həmin şəxsi sərin bir yerə keçirmək, bədənini soyuq dəsmal ilə silmək, alnına yaş dəsmal qoymaq və bədən temperaturunu aşağı salmaq lazımdır. Bu ardıcıllıq ediləndən sonra həkim çağırılaraq digər tədbirlər görülür”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
5
sherg.az

10Источники