RU

Məsud Pezeşkian: İran nüvə silahı hazırlamaq niyyətində deyil

Məsud

İran Prezidenti Məsud Pezeşkian ABŞ və müttəfiqlərinin İranın nüvə silahı hazırlamağa çalışdığı ilə bağlı ittihamlarını rədd edib.

AZƏRTAC xəbər verir ki, Pezeşkian bu barədə “Tehran Tayms” qəzetində dərc olunan məqaləsində bildirib.

“İranın müdafiə doktrinasının nüvə silahını ehtiva etmədiyini vurğulamaq istəyirəm. Eyni zamanda, ABŞ-ı keçmiş uğursuzluqlarından dərs almağa və siyasətlərini buna uyğun olaraq tənzimləməyə çağırıram”, - deyə məqalədə vurğulanır.

Prezident məhz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını və İslam respublikasının iqtisadiyyatına yüz milyardlarla dollar zərər vuran birtərəfli sanksiyalar tətbiq etdiyini xatırladıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymaninin ABŞ tərəfindən təşkil edilən sui-qəsd nəticəsində öldürülməsinə diqqət çəkən Məsud Pezeşkian Vaşinqtonu dövlət terrorizmində ittiham edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar reallıqla barışmalı və İranın təzyiqlərə reaksiya verməyəcəyini birdəfəlik başa düşməlidir.

Избранный
153
16
xalqcebhesi.az

10Источники