RU

İbrahim Tatlısəs evə buraxıldı - Video

Türkiyəli müğənni İbrahim Tatlısəs keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib.

“Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz. 5 günə səhnəyə çıxıram”, - o bildirib.

Evə buraxılan Tatlısəsi yeni barışdığı oğlu Ahmet Tatlısəs də tək qoymayıb.

Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.

Xatırladaq ki, Tatlısəs “Harbiye” səhnəsində baş tutan konserti zamanı növbəti dəfə əməliyyat olunacağını açıqlamışdı.

 

Избранный
174
50
qafqazinfo.az

10Источники