RU

Günün qoroskopu: yeni tanışlıqlar şansı artacaq

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - son vaxtlar dil tapa bilmədiyiniz insanla danışaraq münasibətləri nəzərdən keçirmək zamanıdır. Söhbət zamanı bəlli ola bilər ki, təmaslarınıza sərinlik gətirən məqam çox xırda məsələdir. İşgüzar danışıqlar üçün pis zaman deyil. Yeni tərəfdaşlarla görüş məhsuldar olacaq.

Emosiyalara uymayın, hisslərin əsiri olmayın. Ciddi münasibətlərə başlamaq məsləhət deyil. Sevdiyiniz insanın xətrinə dəyməyin.

Buğa - maliyyə durumu birmənalı deyil. Ciddi itkilər təhlükəsi var. Gündəlik işlərə və cari məsələlərə başdansovdu münasibət ağır səhvlərə səbəb ola bilər.

İşdə belə situasiya yaranarsa, rəhbərlik narazı qalacaq.

Günün ikinci yarısında qeyri-standart problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Gəlir və ya mükafat yüksək ola bilər.

Ailədə fikir ayrılıqları istisna deyil. Ən adi, səthi mübahisə ciddi münaqişəyə çevrilə bilər. Sevdiyiniz insanla təmaslarda diqqətli, qayğıkeş olun. Tənqid və iradların sayını artırmayın.

Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Travma riski var.

Əkizlər - işləri yerinə yetirmək üçün əlverişli, uğurlu gündür. Çətin, xüsusi diqqət, bilik və bacarıq tələb edən işlərin yerinə yetirilməsinə diqqətli olun. Yeni və məhsuldar əməkdaşlığın əsası qoyula bilər. Maraqlı, cazibədar işgüzar təkliflər ala bilərsiniz.

İş yerini dəyişmək qərarına gəlibsinizsə, bu qərarınıza heyfislənməyəcəksiniz.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxşı dəyişikliklər ola bilər. Təşəbbüskarlıq edin, hisslərinizin etirafından qorxmayın.

Axşam saatlarında səhhətinizdə yüngül problemlər istisna deyil. Vaxtınızı sakit istirahətə həsr edin.

Xərçəng - məşğul olacağınız işlər ilk baxışdan çox sadə və rutin təsir bağışlasa da, onların icra edilməsinə ciddi yanaşın. Diqqətsizlik problemlər yarada bilər. Bədxahlarla rəqiblər bu gün xüsusilə aktivdirlər. Maliyyə itkiləri istisna deyil.

Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olun. Onlar sizi sevir, dəyər verirlər. Sevdiyiniz insanla birgə planları müzakirə edin. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar qazanmaq, yeni nailiyyətləri gerçəkləşdirmək şansları var. Müstəqil çalışmağınız və ya kollektivdə işləməyinizdən asılı olmayaraq ciddi qərarları təkbaşına qəbul etməlisiniz.

Qərarlarınız tələsik, yanlış olmasın. Nüfuzlu insanla görüş üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı nümayiş etdirin.

Şəxsi münasibətlərdə harmoniya yoxdur. Emosional, qıcıqlı, aqressiv olmayın. Yaxın ətrafınızdakı insanlardan kütləvi şəkildə şübhələnməyin. Sizi sevən, rəğbət bəsləyən insanla təmaslarda da sirr gizlədərək qapalı qalmayın.

Axşam saatlarında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Səhhətdə problemlər riski artır.

Qız - cari işlərə maksimum diqqət ayıraraq illüzor istəklərə və təxəyyül məhsullarına uymayın. Yaxın ətrafınızdakı insanlar fikrinizi söhbətləri ilə yayıdıracaqlar. Onlar sizdən yardım istəyir, problemlərinin həllini tələb edirlər. Soyuqqanlı olun, emosional davranaraq səhvlərə yol verməyin.

Dəyər verdiyiniz insanlar sizi anlamağa, dəstək verməyə çalışırlar. Onların münasibətlərini və qayğılarını qiymətləndirin. Münaqişə yarada biləcək irad və tənqidlərə yol verməyin.

Axşam saatlarında zökəmə yoluxma riski artır.

Tərəzi - cari işləri unutmayın, onları vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də bəhrələnməyi bacarın.

Избранный
297
45
publika.az

9Источники