RU

Politoloq: “Ermənistan istəyir ki, Mehri yoluna nəzarət etməklə...”

“Paşinyan açıq bildirir ki, Zəngəzur-Mehri yolu üzərində nəzarətin həm gömrük, həm də sərhəd xidməti nəzarəti Ermənistan tərəfindən həyata keçirilsin”Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq daha sonra bunları əlavə edib:“Bu Ermənistan-Rusiya arasında olan məsələdir, bizim üçün dəxli yoxdur. Bizim üçün əsas odur ki, yol olsun və yüklər, sərnişinlər keçsin. Keçid rejimi haqqında isə Paşinyan bildirib ki, Azərbaycanla danışmağa hazırıq. Ermənistan-Rusiya arasında gərginlik təbii ki, torpaqlarımızın işğaldan azad edilməsinə görə baş verdi. Ermənistan şəraitin dəyişməsini nəzərə almadı. Regionda artıq Türkiyə var. Bu isə Ermənistanın səhvi idi. Ermənistanda ümid edirdilər ki, orduları qalib gələcək, amma bizim ordumuz daha güclü çıxdı. Ermənistanın Rusiyadan qopması bəsid düşüncədir. Xəritəyə baxsaq görərik ki, Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyayla sıx əlaqəsi olmasına məcburdur. Bu həm iqtisadi, həm siyasi, həm coğrafi, həm də humanitar məsələlərlə bağlıdır. Ermənistan Rusiyadan necə qopa bilər ki, 1 milyon erməni Rusiyada yaşayır. Ermənistan iqtisadiyyatının ən mühüm sahələri Rusiya şirkətlərinin tabeçiliyindədir. Ermənistan ordusunun silahları əsasən Rusiya silahlarıdır. Yəni Azərbaycanla Rusiya arasındakı münasibətlər sıx olacaq və bu qaçılmazdır. Rusiya indiyə qədər elə bilirdi ki, Azərbaycan və Ermənistana nə desə, icra etməlidirlər. Amma artıq müstəqillikdən 30 ildən çox vaxt keçib və Cənubi Qafqaz respublikaları istəyir ki, Rusiya sadə bir həqiqəti anlasın. Cənubi Qafqaz respublikaları müstəqil dövlətdir, Rusiyanın mənafeyindən fərqli mənafeləri var, onlar da mənafelərini qorumaq üçün müstəqil siyasət yürütməyə hazırdırlar.  Bu isə o deməkdir ki, Rusiyanın hər sözü müzakirə ediləcək və əgər milli mənafeyə uyğun gəlirsə, təsdiq, gəlmirsə, rədd ediləcək. Yəni Ermənistan da istəyir ki, Rusiya ona beynəlxalq hüququn subyekti kimi yanaşsın, əmr verməsin. Məsələn, Mehri yolu Rusiya üçün həyati məsələ deyil. Sadəcə hansısa məmur kütləsi rəhbərliyin qarşısına qoyur ki, biz o yola nəzarət edək. Rusiya o yola nəzarət etməsə, Ermənistan gömrüyü və sərhədçiləri nəzarət etsə, bu o demək deyil ki, ordan başqa dövlətlərin yükü keçməyəcək. Ermənistana xeyirdi ki, ordan çoxlu yük keçsin. Nə qədər çox yük keçsə, o qədər çox tranzit pulu alacaq. Özü beynəlxalq əmək bölgüsündə iştirak edir. Məsələn, İran Zəngəzur yolunun ərazisindən keçməsinə ona görə razı oldu ki, təcriddən çıxmaq istəyir. İstəyir ki, beynəlxalq iqtisadi layihələrdə iştirakçı olsun. Mənfəətin götürsün. Buna görə də Ermənistan da istəyir ki, Mehri yoluna özü nəzarət eləsin və dövlət kimi suverenliyini tətbiq eləsin. Burda Rusiyaya qarşı heç bir düşmənçilik yoxdur”-deyə politoloq bildirib. Qeyd edək ki,  Ermənistan Baş naziri Nikol Paşinyan 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bildirib.Vasif Əlihüseyn

Избранный
613
50
adalet.az

10Источники