Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attal hökumətinin istefasını qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, çərşənbə axşamı prezident Nazirlər Kabinetində keçirdiyi iclasda bəyan edib ki, istefa verdikdən sonra nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Makron bildirib ki, bu vəziyyət bir neçə həftə, ehtimal ki, Olimpiya Oyunlarının sonuna qədər davam edə bilər. Bu o deməkdir ki, hökumət qanunvericilik təşəbbüsləri irəli sürməyəcək, lakin fövqəladə vəziyyətlərə operativ cavab verə biləcək.
Qeyd edək ki, Qabriel Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib. Prezident o zaman ölkədə sabitliyin təmin olunmasının vacibliyini əsas gətirərək ərizəni qəbul etməyib.