RU

Seçicilərin tanımadığı Kəmaləddin Qafarov yenə YAP-ın siyahısındadır - VİDEO

Seçicilərin tanımadığı Kəmaləddin Qafarov yenə YAP-ın siyahısındadır - VİDEO

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində dəstəkləyəcəyi namizədlərin siyahısını açıqlayıb.AFN.az xəbər verir ki, siyahıda bəzi yeniliklər olsa da, bir çox deputatlar hələ də hakim partiyanın vazkeçilməzləridirlər. Onlardan biri də 9 saylı Binəqədi ikinci seçki dairəsinin deputatı Kəmaləddin Qafarovdur. Qeyd edək ki, K.Qafarov 2015-ci ildən bu dairədə deputatdır. O, 2020-ci il VI çağırış seçkilərdə də həmin dairədən deputat seçilib. Ötən müddət ərzində K.Qafarovun deputat fəaliyyəti ilə bağlı xeyli tənqidlər səsləndirilib. Maraqlıdır ki, bu günlərdə 9 saylı seçki dairəsinin ərazisində keçirilən sorğuda da seçicilər ondan razılıq etməyiblər. Əksinə, çoxusu deputatı tanımadığını, görmədiyini deyib. Dairə ərazisində kifayət qədər problemlərin olduğunu deyən seçicilər deputatlarını bir dəfə də görmədiklərini deyiblər. K.Qafarov parlamentin iclaslarında da aktiv çıxışları ilə yadda qalmayıb. O, hər zaman "susqun deputat"kimi xarakterizə edilib. Əvəzində isə mediada yazılar dərc edərək ölkənin ictimai-siyasi gündəmi ilə bağlı "çiçəkli kəlamlarla" gündəmdə qalmağa çalışıb. K.Qafarovu gündəmdə saxlayan digər bir məsələ isə dərman biznesindəki roludur. İnsanların böyük əksəriyyətinin narazılıq etdiyi dərman bazarında böyük paya sahib olan deputatın dərmanların keyfiyyətində və qiymətində də rolu danılmazdır. Onun sahib olduğu biznes şəbəkəsi ilə bağlı internetdə açıq mənbələrdə kifayət qədər məlumat var. K.Qafarovun deputatlığı haqda ən yaxşı rezüme isə aşağıda təqdim edəcəyimiz videoda, seçiciləri tərəfindən verilib. Maraqlıdır, heç kimin tanımadığı, razı qalmadığı deputat niyə yenidən hakim partiyanın siyahısında yer alıb?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
2
afn.az

3Источники