RU

YAP bu deputatlara etimaz göstərməyib - Siyahı

YAP

Məlum olduğu kimi, 1 sentyabrda ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) 125 dairə üzrə deputatlığa namizədlərini açıqlayıb.

Açıqlanan siyahıdan bəlli olur ki, VI çağırış Milli Məclisdə YAP-ı təmsil edən deputatlardan 19 nəfərin adı yoxdur.

Adı YAP-ın siyahısından çıxarılan deputatlar isə bunlardır: Vasif Yusif oğlu Talıbov, İsa Əkbər oğlu Həbibbəyli, Cəbi Hüseyn oğlu Quliyev, Rauf Asif oğlu Əliyev, Elnur Marat oğlu Allahverdiyev, Sədaqət Süleyman qızı Vəliyeva, Əliabbas Qabil oğlu Salahzadə, Emin Məcid oğlu Hacıyev, Müşfiq Məmməd oğlu Məmmədli, Oqtay Sabir oğlu Əsədov, İqbal Nəriman oğlu Məmmədov, Cavid Həmid oğlu Osmanov, Elşad Mirbəşir oğlu, Nizami Qulu oğlu Cəfərov, Kamilə Əli Ağa qızı Əliyeva, Aqiyə Həbib qızı Naxçıvanlı, Bəxtiyar Yusif oğlu Sadıqov, Mahir Tapdıq oğlu Abbaszadə və Aqil Sadıq oğlu Məmmədovun adı YAP-ın namizədlər siyahısında yer almayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
1
reyting.az

2Источники