RU

Müxalifətçilər YAP-ın bu namizədləri ilə yarışacaq

Müxalifət partiyalardan - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliklərini irəli sürüb. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı budəfəki seçki mübarəziəsinə qoşulmur, onun partiyasından 6-cı çağırış MM-də sədr müavini olan Fəzail İbrahimli 73 saylı Masallı - Cəlilabad dairəsindən namizəddir. ReAL Partiyasından Natiq Cəfərli 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyini verib.

ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputat seçilmişdi və yenidən həmin dairədən namizəd olacağı gözlənilir.

Məlum olduğu kimi hakim Yeni Azərbaycan Partiyası artıq namizədlərinin adını açıqlayıb.

Belə ki, YAP 26 saylı dairədən Afaq Hacıyevanın, 10 saylı dairədən Hümbət Hüseynovun, 73 saylı dairədə Aytən Əliyevanın, 36 saylı dairədən Nərminə Hacıyevanın, 33 saylı dairədə Yengibar Əliyevin namizədliyini verib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
teleqraf.com

1Источники