RU

Mərkəzi Bankın ehtiyatları 153,8 milyard dollara yüksəlib

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mərkəzi Bankının ehtiyatları bir həftəlik fasilədən sonra yenidən yüksəlməyə başlayıb. İyulun 12-i həftəsində ümumi ehtiyatlar 153,8 milyard dollara çatıb.

Hafta.az-ın yazdığına görə, ötən həftə Mərkəzi Bankın cəmi ehtiyatlarında 5,5 milyard dollar, svap əməliyyatları istisna olmaqla xalis valyuta ehtiyatlarında isə 4 milyard dollar artım olub.

Svaplar istisna olmaqla xalis valyuta ehtiyatları 31 may həftəsində 1,5 milyard dollarla dörd il ərzində ilk dəfə müsbətə çevrilib. 28 iyun həftəsində 1 milyard dollar azalma istisna olmaqla, bütün həftələrdə artım olub.

Svaplar istisna olmaqla xalis ehtiyatlar yerli seçkilərdən əvvəl, martın 29-da -65,5 milyard dollarla tarixi ən aşağı səviyyədə idi.

Hesablamalara görə, Mərkəzi Bankın xalis beynəlxalq ehtiyatları keçən həftə təxminən 4 milyard dollar artaraq 47,5 milyard dollara çatıb.

Избранный
152
22
hafta.az

10Источники