Fransanın “RMC Sport” nəşrindən olan həmkarımız Daniel Riolo xəbər verir ki, “Real”ın 25 yaşlı forvardı Kilian Mbappe Liqa 2-də mübarizə aparan “Kan”ı almaqda maraqlıdı.
Maraqlıdı ki, 2013-cü ildə “Monako”ya keçənə qədər 14 yaşlı Kilian məhz “Kan”a yollana bilərmiş – onda sövdələşmə normandiyalılar 2-ci diviziona yuvarlandığına görə pozulmuşdu. Riolonun yaydığı xəbərdə deyilir ki, Mbappenin ailəsi klubu satın almaq prosesindədi, ailə Amerika modeli ilə biznesini genişləşdirmək istəyir. Həmkarımız onu demək istəyir ki, Mbappe ailəsi ən müxtəlif aktivləri almaq yolu ilə kapitalını şaxələndirir.
Çox güman, bu prosesdə investor rolunu Kilianın anası Fayza Lamarinin rəhbərlik etdiyi КМ7 şirkəti oynayacaq. КМ7 ulduz futbolçunun karyerasını idarə etməklə yanaşı, xeyriyyə fonduna və futbol agentliyinə də nəzarət edir.
“Kan” yaxınlarda satışa çıxarılıb. İtaliyanın məşhur klublarından “İnter”in də sahibi olan Amerikanın “Oaktree Capital Management” şirkəti ötən mövsümün sonunda həmsahibləri “Kan” ilə bağlı layihədən çıxdığından xəbərdar edib. Mbappe ailəsi isə gerçəkdən səhmləri almaqda maraqlıdı və artıq danışıqlarda xeyli yol qət olunub.
O da bildirilir ki, Kilian Mbappe “Kan”ı alarsa, onunla birgə məşhur fransalı repçi Orelsan da biznesə daxil olacaq. Futbolçunun ailəsi bu layihədə onun üçün səfir rolunu hazırlayıb. Adı çəkilən ifaçı “Kan”a sevgisi ilə tanınır, mahnılarında dəfələrlə komandanın adını çəkib, onun gəlişi yeni sahiblərin imici baxımından müsbət rol oynayacaq.
Bu gün təqdimat mərasimi keçiriləcək Mbappenin isə “Real”la 2029-cu ilə qədər müqavilə bağladığını bilirsiz. Onunla PSJ arasında həllini tapmayan maliyyə məsələləri də var. Paytaxt klubu futbolçuya 100 milyon avroya yaxın pulu - maaşını və loyallığa görə bonusu ödəməyib. “Kan” son illərdə Fransa çempionatının aşağı dəstəsində çıxış edib. Normandiyalılar ötən mövsümü 6-cı yerdə bitirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта