Sloveniyanın Baş naziri Robert Qolob Ukrayna Prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Sloveniya hökumətinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Bu gün Sloveniya və Ukrayna münasibətlərində xüsusi gündür. Prezident Zelenski ilə mən iki müttəfiq ölkə arasında təhlükəsizlik sazişi imzaladıq. Bu, bizim güclü və daimi dəstəyimizin mühüm sübutu idi”, – deyə səhifədə paylaşım edilib.