ABŞ yaxın həftələrdə Rusiya ilə ticarət əlaqələrinə görə Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Hazırda heç bir açıqlamam yoxdur, amma düşünürəm ki, Çinə qarşı əlavə sanksiya tədbirləri gözləyə bilərsiniz”, - deyə o jurnalistlərə bildirib.