RU

De Yonq və Levandovski Mbappeni geridə qoydu

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Frenki de Yonq 2024/2025 mövsümündə La Liqada ən çox qazanan futbolçu olacaq. Matc.az xəbər verir ki, bu barədə “Сapology” məlumat yayıb. Bildirilir ki, niderlandlı futbolçunun vergilər çıxıldıqdan sonra illik gəliri 37,5 milyon avro təşkil edəcək. İkinci yerdə onun komanda yoldaşı Robert Levandovski qərarlaşıb. Polşalı forvard 33,3 milyon avro qazanacaq. Üçüncü ən çox qazanan isə 31,3 milyon avro gəlirlə “Real”ın yeni transferi Kilian Mbappedir. Xatırladaq ki, de Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya keçib. Bu müddət ərzində o, bütün yarışlarda 213 matçda iştirak edib, 17 qol vurub, 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında bazar dəyəri 70 milyon avrodur.  

Избранный
94
matc.az

1Источники