RU

“Kaspersky” Azərbaycanda “Whatsapp” üçün casusluq modu tərəfindən 150 min hücum qeydə alıb

Bakı. Trend:

“Kaspersky” mütəxəssisləri “WhatsApp”da “Android” üçün əvvəllərməlum olmayan zərərli proqram –casus troyan daşıyıcısı olan modaşkar ediblər. Ona “CanesSpy” adı verilib. Mod bir müddətdir ki,“Telegram” kanallarında ərəb və azərbaycan dillərində yayılıb.Oktyabrın 5-dən 31-dək şirkətin təhlükəsizlik həlləri dünyanınyüzdən çox ölkəsində bu casus troyandan istifadə edilərək təşkiledilən 340 mindən çox hücumun qarşısını alıb. Onların demək olarki, yarısı Azərbaycandakı istifadəçilərin payına düşüb. Hücumlarınsayına görə Səudiyyə Ərəbistanı, Yəmən, Türkiyə və Misiri də qeydetmək olar.

Modlar, məsələn, messencerlər və yaoyunlar üçün qeyri-rəsmi əlavələrdir.Onlar rəsmi tətbiqlərin imkanlarını genişləndirməyəşərait yaradır. Bununla belə, bu cürmodlar vasitəsilə təcavüzkarlar tez-tezzərərli proqramlar yayırlar.

Funksionallıq. Yeni troyan “Android”də“WhatsApp” üçün məsələn, gecikmiş göndərmə seçimi və ya digərtəkmilləşdirmələr təklif edən bəzi modifikasiyalarla birlikdəyayılır. Troyan yoluxmuş smartfondan kontakt siyahısı, cihazdakıhesablar haqqında məlumat və sənədlər kimi məlumatları oğurlayabilər. Əmr əsasında o, cihazın mikrofonundan səs də yazmağabaşlayır. Telefonu yandırdığınız və ya enerji dolumu üçün cərəyanaqoşduğunuz zaman casus modul işə başlayır.

Yayılma. Yoluxmuş faylların əsas mənbəyi əsasənərəb və Azərbaycan dillərində olan “Telegram” kanallarıdır.Üstəlik, onlardan təkcə ən populyarında abunəçilərin ümumi sayıtəxminən iki milyona çatır.

“Kaspersky” aşkarlanan kanallarda zərərli proqramın olmasıbarədə “Telegram”a məlumat verib. Bununla belə, zərərli modlarhəmçinin messencerlər üçün modları yükləyə biləcəyiniz müxtəlifsaytlar vasitəsilə də yayılır.

“Yalnız qanuni əlavə funksiyaları deyil, həm də zərərliproqramları ehtiva edən müxtəlif modları getdikcə daha çox görürük.Bu cür proqramların yayılmasının əsas yolu qeyri-rəsmiresurslardır, burada çox vaxt moderasiya yoxdur. Məsələn,istifadəçilər müxtəlif messencer kanallarında onlarla qarşılaşabilərlər. Eyni zamanda, bu cür platformaların auditoriyasınınölçüsü təsiredici rola malikdir ki, nəticədə insanların sayıqlığınıazaldır. Buna görə də rəsmi xidmət müştərilərindən istifadə etməkvacibdir: bu yolla zərərli proqramla qarşılaşma riskləri azalır”, -deyə “Kaspersky”nin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Kalininqeyd edir.

“Kaspersky” təhlükəsizlik həllərinin“Trojan-Spy.AndroidOS.CanesSpy” kimi aşkar etdiyi zərərli proqramhaqqında daha ətraflı məlumatı “securelist”paylaşımında oxuya bilərsiniz.

Casus troyanının qurbanı olmamaq üçün “Kaspersky” tövsiyəedir:

• tətbiqləri rəsmi mağazalardan yükləyin ki, zərərli proqramlaqarşılaşma riskini azaldasınız;

• hələ də üçüncü tərəf mənbəsindən tətbiq quraşdırmaqistəyirsinizsə, təhlükəsizlik həllindən istifadə edərək onu zərərlikod təhlükəsinə qarşı yoxlayın;

• yadda saxlayın ki, platformanın populyarlığı onuntəhlükəsizliyinə zəmanət vermir;

• “Androidüçün Kaspersky” kimi mobil cihazlar üçün etibarlı təhlükəsizlikhəllindən istifadə edin.

Избранный
847
3
az.trend.az

7Источники