RU

Bu ölkədə təhlükəli epidemiya aşkarlandı

ABŞ-də artıq 12 ştatı əhatə edən və iki nəfərin həyatına son qoyan listerioz epidemiyası elan edilib.

Demokrat.az
"Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Ölənlərin İllinoys və Nyu Cersi ştatlarında yaşadığı qeyd edilir.

Daha 28 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyəti Merilend və Nyu Yorkda müəyyən olunub.

Onların ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından zəhərləndiyi bildirilir.

Yoluxucu xəstəlik hamilə qadınlar, 65 yaşdan yuxarı və immuniteti zəif olan insanlar üçün ölümcül ola bilər.

Избранный
156
9
demokrat.az

10Источники