ABŞ-nin keçmiş lideri Donald Tramp prezident seçkilərində qalib gələrsə, ABŞ-nin Şimali Atlantika Alyansından çıxma ehtimalı yüksəkdir.
Teleqraf.com MSNBC nəşrinə istinadən məlumat yayıb ki, bunu Ağ Evin keçmiş müşaviri Con Bolton deyib.
Onun fikrincə, Amerika tərəfinin NATO-dan çıxma riski çox yüksəkdir.
Bolton əlavə edib ki, Tramp Şimali Atlantika Alyansını “nankor avropalılar dəstəsi” hesab edir.
Müəllif: Teleqraf.com