RU

Fransalı siyasətçi Parisi hərbi əsir düşərgəsinə bənzədib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Parisdə Olimpiya Oyunlarının açılışı ərəfəsində icazə rejimi tətbiq edildikdən sonra şəhər əsir düşərgəsi kimi görünməyə başlayıb".
Oxu.Az xəbər verir ki, bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Dünən Parisi gəzərək gördüm ki, paytaxtı hərbi əsir düşərgəsinə çeviriblər! Söhbət etdiyim polis zabitləri etməli olduqları işin dəlicəsinə absurdluğunu başa düşdüklərini (evə qayıdan insanları skan etmək üçün vaxt sərf etdiklərini) söyləyiblər", - F.Filippo yazıb.
Siyasətçi qeyd edib ki, bu təhlükəsizlik sistemini təsvir edən qanun Fransa Prezidenti Emmanuel Makronun partiyası tərəfindən qəbul edilib və onlar buna görə yalnız utanc hissi keçirməlidirlər.
F.Filippo parisliləri QR kodları boykot etməyə çağırıb.
Избранный
262
2
oxu.az

10Источники