Donald Tramp yenidən prezident seçilərsə, ABŞ Ukrayna münaqişəsində Rusiyaya güzəştə gedəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Örezidentinin keçmiş müşaviri Con Bolton CNN-ə müsahibəsində deyib.
"O, Vladimir Putinə sadiqliyinin Rusiya tərəfinə güzəştə getməsinə səbəb olacağı istisna olmaqla, bu münaqişəyə son qoymaq üçün necə danışıqlar aparacağını bilmir", - Bolton bildirib.
Onun sözlərinə görə, Trampın seçilməsi Ukrayna üçün dağıdıcı olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun