Gecə saatlarında Rusiyanın regionları üzərində 75 pilotsuz uçan aparat (PUA) ələ keçirilərək məhv edilib. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin əməliyyatı nəticəsində Ukraynaya məxusus PUA-lardan 47-si Rostov vilayəti, 17-si Qara və Azov dənizlərinin suları üzərində vurulub.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki obyektlərə PUA- lardan istifadə etməklə terror aktı törətmək istəyərkən növbətçi hava hücumundan müdafiə sistemləri Rostov səmasında 47, Belqorod üzərində 1 PUA-nın qarşısını alaraq məhv edib. Voronej üzərində 1, Smolensk vilayətləri üzərində 1 və Krasnodar vilayətləri üzərində 8, həmçinin Qara və Azov dənizləri üzərində 17 PUA vurulub.