RU

Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub

Bu ilin yanvar-iyun aylarında beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt” MMC-nin poçt şöbələrinə 87 milyon manat vəsait daxil olub.

Hurriyyet.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib.

Onun sözlərinə görə, hesabat dövründə “Azərpoçt”dan analoji sistemlər vasitəsilə xarici ölkələrə 29 milyon manat köçürülüb.

“Ötən il ölkə üzrə daxilolmaların təqribən 20 %-i yəni 486 milyon manatı, köçürmələr üzrə isə təxminən 21 %-i yəni 127 milyon manatı “Azərpoçt”un payına düşüb. Daxilolmaların əsas hissəsi (340 milyon manata yaxın) Rusiyadan olub. Növbəti yerləri 45 milyon manatla Türkiyə, 24 milyon manatla İraq, 13 milyon manatla Gürcüstan və 7 milyon manatla ABŞ tutub.

Azərbaycandan köçürmələr üzrə isə 50 milyon manatla Türkiyə birinci olub. İlk beşlikdə həmçinin 39 milyon manatla Gürcüstan, 19 milyon manatla Rusiya, 4 milyon manatla Ukrayna və 3 milyon manatla Qazaxıstan qərarlaşıb".

A. Əliyev əlavə edib ki, 2024-cü ildə daxilolmalar üzrə sıralama demək olar ki, eyni qalıb, köçürmələr üzrə isə sadəcə olaraq Qazaxıstan Ukraynanı üstələyərək dördüncü pilləyə yüksəlib.

Избранный
200
4
hurriyyet.az

10Источники