RU

"Universal Pro"ya qarşı ittiham

"Universal Pro" Qapalı Səhmdar Cəmiyyəti (QSC) gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Valyuta.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə protokol tərtib edilib. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

493-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Hüseyn

Избранный
47
1
valyuta.az

2Источники