U-21-in və “Qəbələ”nin müdafiəçisi İbrahim Ramazanovun “Qarabağ”ın düşərgəsində olduğunu yazmışdıq. Hətta o, ağdamlıların Avstriyadakı təlim-məşq toplanışında da iştirak edib. Yoxlama oyunlarında meydana çıxmasa da, adı iştirak ərizəsinə salınıb.
“Football-plus.az”ın məlumatına görə, gənc futbolçu baş məşqçi Qurban Qurbanovu məmnun edə bilməyib. Nəticədə rəsmi müqavilə imzalanmadan yola salınıb. Qeyd edək ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İbrahimin komandayla yola davam etməyəcəyi haqda xəbəri təsdiqləyib.
Digər tərəfdən, futbolçunun “Sabah”la anlaşdığı iddia edilir. Bu məlumatın doğru olub-olmadığını öyrənmək üçün “baqyuşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq. O, xəbəri nə təsdiq, nə də təkzib etdi.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта