Rövşən Hacıbəyli
Ona yenidən əl gəzdirilir, ancaq bu işdə Hüseynbala Mirələmovun əli yoxdurÖlkə daha bir seçkiyə hamilədir, həm də növbədənkənar. Yarımçıq hamiləlik kimi bir şey. Ancaq hər şey ağrısız olacaq. Zaman az olduğundan, üstəlik, yay tətili dönəminə düşdüyündən əsas yükü məntəqə komissiyası üzvləri, müəllimlər çəkəcək. Düzdür, sertifikatlaşdırmanın nəticəsindən narazı qalan xeyli müəllim var, ancaq etiraz gözlənilmir, özünü doğrultmaq, bir daha etimad qazanmaq üçün bu, göydəndüşmə fürsətdir… Seçki təbliğatı-filan, nənələr söhbəti də bu seçkidə gözlənilmir, COVİD də nəzərə alınacaq, əhalinin sağlamlığının qorunması prioritet məsələ kimi daim gündəmdə olacaq. Heç onbaşı, yüzbaşı, minbaşı… kimi keçmişin qalığı, demokratik inkişafımıza xələl gətirən şeylər, camaatın istirahətini pozan təbliğat kampaniyaları – mitinq-filan, küçə yürüşləri də olmayacaq. Küçələrimiz “Formula 1” və “COP 29” üçün hazırlanır, oranı seçici ayaqqabısı ilə zibilləmək olmaz, yəni bizə yaraşmaz.
Meydan.tv
Share
Tweet
Share
Share
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта