RU

Ziya Məmmədovun qardaşının böyük saxtakarlıqları ifşa olundu- Elton Məmmədovun namizədliyi ləğv edildi...

Image

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında bir qrup seçicinin 94 saylı Ucar Seçki Dairəsində deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş sabiq deputat Elton Məmmədovla bağlı şikayətinə baxilıb.

Seçicilər MSK-ya müraciətlərində əmlakları barədə məlumatları gizlədən Elton Məmmədovun namizədliyinin ləğv olunmasını istəyiblər.

Məsələ barədə MSK üzvü Qabil Orucov bildirib ki, bir çox çatışmazlıqlar, o cümlədən, bir sıra əmlaklar barədə məlumatlar DSK-ya düzgün, tam təqdim edilməyib: "Biz burada məlumatların saxtalaşdırılması faktını çox aydın formada görürük. Məsələn, Bakıda sahəsi böyük olan mənzillər, qeyri-yaşayış sahələri göstərilməyib. Bu məlumatların gizlədilməsi saxtakarlıqdır. Eyni zamanda həm də məsuliyyətə səbəb olur. Digər tərəfdən, şəxsi gəlirləri ilə bağlı araşdırma aparılarkən Elton Məmmədovun sahibkar kimi əldə etdi gəlirləri gizlətdiyi də üzə çıxıb. Həm əmlaklar, həm də gəlirlər barədə məlumatlar gizlədilib”.

O, bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

Bundan başqa, Elton Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqlərindəki imzalar yenidən yoxlanılıb və imzaların əksəriyyətinin saxta olduğu üzə çıxıb.

Bəzi şəxslərin seçki qurumunun humanizmindən sui-istifadə etdiyini deyən MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır: "Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz”.

Şikayət müzakirə olunub və yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib.

70 yaşlı Elton Məmmədov Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

TAHİR





Избранный
49
24
baki-xeber.com

10Источники