RU

Digər ölkələrFAO: 2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib

2023-cü ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 733 milyon nəfər (hər 11 nəfərdən biri) təşkil edib. Afrika qitəsində hər 5-ci insan aclıqla üzləşib.

“Report”un xəbərinə görə, bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumlarının “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət” (SOFI) adlı illik hesabatında yer alıb.

Hesabata əsasən, qlobal böhranın dərinləşməsi fonunda aclıqla üzləşən insanların sayı ardıcıl üç ildir ki, yüksək olaraq qalır. 2019-cu ildən bəri yetərincə qidalanmayan insanların sayı təxminən 152 milyon nəfər artıb.

2023-cü ildə dünyada təqribən 2,33 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkib. Bu rəqəm 2020-ci ildə COVID-19 pandemiyası fonunda kəskin artımdan sonra demək olar ki, dəyişməyib. Afrika əhalisinin yarıdan çoxu (58 faiz) orta və ya ağır dərəcədə ərzaq çatışmazlığı şəraitində yaşayır.

Избранный
112
2
far.az

3Источники