RU

ƏHMƏD VƏLİYEVİN BANKININ ƏMLAKINI ALAN YOXDUR?-MÜŞTƏRİ AXTARILIR

Nəhayət, əmanətçi-müştərilərinin daim tənqidinə məruz qalan “Muğan Bank” ASC-nin lisenziyası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilidi…Tezadlar.az ADIF-a istinadla bildirir ki, hazırda bankın əmlakının satılması üçün müştəri axtarılır, lakin hələki bu əmlaklara sahib olmaq istəyən yoxdur…Onu da deyək ki, bankın fəaliyyətinin dayandırılmasının bir səbəbi var: buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır. Odur ki, “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank”ın lisenziyası ləğv olunub, Banka müvəqqəti inzibatçı təyin edilib və kredit təşkilatının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğan Bank”ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. “Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə 1,3 % təşkil edir. Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. “Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.“Muğan Bank” 1992-ci ildə yaradılıb və uzun illər deputat olmuş Əhməd Vəliyevin ailəsinə məxsus olub. O, həm də “Odlar yurdu” Universitetinin sahibidir. Bankın nizamnamə kapitalı hazırda 162,5 milyon manatdır. Bankın səhmlərinin 40 %-i Munir Vəliyevə, 33,85 %-i Samir Vəliyevə, 16,27 %-i Vəfa Vəliyevaya, 9,22 %-i Fəridə Mehdiyevaya, 0,66 %-i isə Elmir Mehdiyevə məxsusdur.Beləliklə, ailə bankı idarəçilikdə yol verilən nöqsanların qurbanı oldu.tezadlar.az














Paylaş:

Избранный
155
regionxeberlericom.az

1Источники