Bakı,TurkicWorld
ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib.
TurkicWorld xəbər verir ki, Konqresdə çıxışı zamanı o bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.
"İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar",- deyə İsrail Baş naziri qeyd edib.
Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı "Avraam sazişi"nə uyğun olaraq "Avraam Alyansı" adlandırmağı təklif edib.