RU

BANM tələbələri innovasiya intellektual yarışın qalibi olub -FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi”nin intellektual yarışının qalibi olublar. BANM-in "CyberCell" komandası I, "TechTonic" komandası II, “CyberFortress” komandası isə III yerə layiq görülüb.

“İki sahil” xəbər verir ki,  onlar Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Aysel Rəhimli və Rəşad Mütəlibov, habelə Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Fuad Cavadzadədir.

İnnovasiyanın təşviqi məqsədilə keçirilən müsabiqədə həmçinin 3 ən yaxşı layihə də seçilib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Şahin Məmmədzadə (ŞahMatrix) və Aysel Rəhimli (TechTonic), eləcə də sözügedən ixtisasın I kurs tələbəsi Məryəm Nəzərovanın (Cybitrus) layihələri qalib olub.

Yarış “ASAN Könüllüləri” Təşkilatının və “Qala Sığorta” ASC-nin birgə  dəstəyi ilə Lənkəran şəhərində baş tutub.

Избранный
27
3
ikisahil.az

4Источники