RU

Lukaşenko Moskvaya işgüzar səfərə gedib

İyulun 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib. Bu barədə iyulun 25-də Belarus liderinin mətbuat xidmətinə yaxın olan “Pul First” Telegram kanalı məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

Lukaşenkonun RF Prezidenti Vladimir Putinlə görüşəcəyi açıqlanıb. Danışıqlar əsasən qapalı şəraitdə olacaq. 

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib ki, Putin və Lukaşenko cümə axşamı danışıqlar aparacaqlar.

BELTA agentliyi öz Teleqram kanalında aydınlaşdırıb ki, ölkə liderləri ittifaq layihələrinin təşviqi, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəliyi müzakirə edəcəklər.

 

P.ƏMİRCANOV

XQ

 

Избранный
77
42
xalqqazeti.az

10Источники