RU

“Bir aydan sonra Rusiya aktiv hücumlar həyata keçirə bilməyəcək” – Pivnenko

“Bir və ya bir ay yarımdan sonra Rusiya bir çox istiqamətlərdə aktiv hücumlar həyata keçirə bilməyəcək”.

7Times.az  xəbər verir ki, bunu Ukrayna ordusunun briqada generalı, Milli Qvardiyanın komandanı Aleksandr Pivnenko“Ukrinform”a müsahibəsində cəbhədəki mövcud vəziyyəti dəyərləndirərkən deyib.

O, qeyd edib ki, Ukrayna tərəfi bu müddət ərzində öz bölmələrini formalaşdırıb, hazır vəziyyətə gətirməlidir.

“Çətindir, amma düşmənin hücum imkanları yüksək səviyyədə deyil. Onlar xeyli itki verəcəklər. Biz buna uyğunlaşmalı, idarəetmə modelini dəyişdirməli, qarşımıza vəzifələr qoymalıyıq. Silah, döyüş sursatı və ərzaq tədarükünü lazım olan yerə mümkün qədər tez çatdırmağa çalışırıq. Biz inkişaf etməliyik, əgər biz daim bir addım öndə olsaq və gələcək haqqında düşünsək, o zaman hər şey yaxşı olacaq”,– Pivnenko qeyd edib.

“AzPolitika”

Избранный
41
1
7times.az

2Источники