RU

Hüseyn anası ilə sualları cavablandırdı

Rusiyada populyarlaşan azərbaycanlı bloger Hüseyn Həsənov anası ilə qırmızı xalıda görüntülənib. 

OLAY-ın məlumatına görə, Hüseyn bu gün “DreamFest”ə valideyni ilə təşrif buyurub.  Onlar ulduzlar keçidində suallarımızı cavablandırıb. 

Blogerin anası “Gəlin namizədləri ilə tanış etmişəm” açıqlamasından danışarkən hələ gəlin namizədinin olmadığını deyib:

“Hələ gəlin yoxdur. Axtarışdadır. İstərdim ki, subaylığın daşını tezliklə atsın. O qərarı Hüseynin öhdəsinə buraxmışam, özü qərar verməlidir. Evlənməyi çox istəyir. Toyu həm burada, həm də Moskvada edəcəyik. Çünki hər iki şəhərdə də dostlarımız var. Oğlumla çox fəxr edirəm. Festivala ilk dəfədir gəlirəm. Dünən gəlməmişdim, çox şəndir, maraqlıdır, maraqlı insanları görürsən. Hamısı maraqlıdır. Hərənin öz yer var”.

“Anam hələ bilmir. Mənə votsapda qız şəkillərini yollayır ki, bax da. Bu  suallar məni bezdirmir. Çünki mən evlilik tərəfə baxıram. Axtarırıq da. Görmürsən, gəlmişik festivala. Həm Bakıda, həm də Moskvada toy edəcəyik. Əlbəttə Emin üçün gəlmişəm. O, olmasa, mən bura gəlməzdim. Eminə qulaq asmağa gəlmişəm”, - deyə, Hüseyn bildirib.

Избранный
54
olay.az

1Источники