RU

Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən şirkətin xalis mənfəəti kəskin azalıb

Generator, UPS və kamera satışı ilə məşğul olan "Estet" MMC 2023-cü ili 1 milyon 138 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 238 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Estet" MMC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 100 min manat və ya 49,2% azalıb. Xalis mənfəətin azalması gəlirin azalmasından qaynaqlanır. 

Marja.az Şirkətin 31 dekabr 2023-cü il tarixində konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatlarına istinadən xəbər verir ki, "Estet" MMC-nin əsas əməliyyat gəliri 2022-ci ildə 16 milyon 41 min manat ikən, 2023-cü ildə 12 milyon 983 min manata düşüb (3 miylon 58 min manat və ya 19% azalıb).  Ötən il Şirkət 289 min manat digər gəlirlər də əldə edib. 

31 dekabr 2023-cü il tarixində "Estet" MMC 7 milyon 526 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 7 milyon 527 min manat cəmi aktivlərə malik idi. 

"Estet" MMC-nin Gürcüstanda filalı fəaliyyət göstərir. 

Qeyd edək ki, "Estet" MMC generatorların, UPS-lərin, təhlükəsizlik, kamera sistemlerinin satışı, montajı və texniki dəstək fəaliyyətləri ilə məşğul olur. 

Estet Generator UPS və kamera
Избранный
66
marja.az

1Источники