Sistem inteqrasiyası, proqram təminatının hazırlanması kimi xidmətlər təklif edən "ATL Tech" şirkəti 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, "ATL Tech" 2023-cü ildə cəmi 1 milyon 148 min manat gəlir əldə edib. Bu 2022-ci ilə nisbətən 1 milyon 451 min manat (2,3 dəfə) azdır.
Satışın maya dəyəri isə 1 milyon 750 min manat (3,7 dəfə) azalaraq 637 min manata bərabər olub.
Buna baxmayaraq şirkət 510,8 min manat ümumi mənfəət əldə edib ki, bu da 2022-ci illə müqayisədə 299,8 min manat (2,4 dəfə) çoxdur.
Sair əməliyyat gəlirləri 17,9 min manat (33,5%) azalaraq 35,5 min manata düşüb.
"ATL Tech" şirkəti ötən il 1 milyon 816 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 643 min manat və ya 54,8% artıb.
Öhdəliklər 344 min manat (27%) artaraq 1 milyon 624 min manata yüksəlib.
Balans kapiatlı 2022-ci ildə mənfi 106 min manat ikən, 2023-cü ildə müsbət 192 min manat olub.
Hesabat dövründə şirkətin ümumi və inzibati xərcləri 214 min manat və ya 3,7 dəfə azalaraq 78,5 min manata düşüb.
2022-ci ildə 48,4 min manat əməliyyat zərəri etməsinə baxmayaraq ötən il 447,3 min manat əməliyyat mənfəəti əldə edib.
21,4 min manatlıq mənfəət vergisi ödənişindən sonra şirkət ötən ili 367,1 min manat xalis mənfəətlə başa vurub. Lakin 2022-ci ildə 281,7 min manat xalis zərər etmişdi.