RU

Azərbaycanın işgüzar turizm potensialı Hindistanda təbliğ olunur

25-26 iyul tarixlərində Hindistanın Caypur şəhərində keçirilən 11-ci “MICE India & Luxury Travel Congress (MILT Congress 2024)” konqresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.

Tədbirdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “bürünc tərəfdaş” statusunda təmsil edir. 

Hindistanın işgüzar turizm üzrə aparıcı mütəxəssisləri, tədbir agentlikləri və təşkilatçıları ilə keçirilən B2B görüşlərdə Azərbaycanda mövcud infrastrukturu və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.

Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun dövründə hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

P.ƏMİRCANOV

XQ

 

Избранный
66
11
xalqqazeti.az

10Источники