Donald Tramp yenidən prezident seçilsə onun ölkəmizlə bağlı mövqeyi sələfindən fərqlənməyəcək.
APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, 77 yaşlı D. Trampın ABŞ-nin “rusofob” siyasi elitasını təmsil etdiyini vurğulayıb. Bildirib ki, məhz buna görə o seçildikdən sonra rəsmi Vaşinqtonun anti-Rusiya siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür.