Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan turnirin finalında Bozayran və Ostayır kəndlərinin komandaları qarşılaşıb.
Yardımlı Olimpiya İdman Kompleksində keçirilən oyunda ostayırlılar rəqini darmadağın edib – 6:1. 3-cü yer uğrunda oyunda Vərgədüz kəndinin komandası “Real 065”ə 6:3 hesabıyla qalib gəlib.