İspaniyanın "Real” və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək UEFA Superkuboku matçını idarə edəcək hakim açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma isveçrəli Sandro Şörerə həvalə edilib.
Avqustun 14-də Polşanın Varşava şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.