RU

Piastri ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qaxldı

Macarıstan mərhələsi “Maklare”in pilotu Oskar Piastrinin tarixi qələbəsi ilə yadda qaldı.

23 yaşlı avstraliyalı “Formula-1” karyerasında ilk dəfə finişə hamıdan tez çatdı. Birinci sıradan mübarizəyə başlayan “Maklaren”in digər pilotu Lando Norris ondan 2,141 saniyə geri qaldı. Yeri gəlmişkən, britaniyalı yarış başlayarkən radiorabitədə qaz pedalı ilə bağlı problemdən gileyləndi. 3-cü yeri isə “Mersedes”in pilotu Lüis Hemilton tutdu. O, karyerasında 200-cü dəfə fəxri kürsüyə qalxdı.

Hazırkı dünya çempionu Maks Ferstappen 5-ci yeri tutdu. “Red Bull”un pilotu finişə bir neçə dövrə qalmış Hemiltonla toqquşsa da, mübarizəni davam etdirə bildi.

Piastri qələbə sevincini belə anlatdı:

“Bu, çox-çox xüsusi duyğudu. Bu günü uşaqlıqdan bəri arzulayırdım, podiumun ən yüksək pilləsində dayanmaq istəyirdim. Əlbəttə, sonda bir qədər çətinlik çəkdim. Möhtəşəm işə və maşına görə komandaya “sağ ol” deyirəm. “Maklaren”in şərəfini qorumaq hədsiz şən məşğuliyyətdi”.

Təsnifat mərhələsi
1. Lando Norris (B.Britaniya) 1.15,227
2. Oskar Piastri (Avstraliya) 1.15,249
3. Maks Ferstappen (Niderland) 1.15,273
4. Karlos Sayns (İspaniya) 1.15,696
5. Lüis Hemilton (B.Britaniya) 1.15,854
6. Şarl Lekler (Monako) 1.15,905
7. Fernando Alonso (İspaniya) 1.16,043
8. Lens Stroll (Kanada) 1.16,244
9. Daniel Rikkyardo (Avstraliya) 1.16,447
10. Yuki Sunoda (Yaponiya) 1.16,477
11. Niko Hülkenberq (Almaniya) 1.16,317
12. Valtteri Bottas (Finlandiya) 1.16,384
13. Aleksandr Albon (Tayland) 1.16,249
14. Loqan Sarcent (ABŞ) 1.16,543
15. Kevin Maqnussen (Danimarka) 1.16,548
16. Serxio Peres (Meksika) 1.17,886
17. Corc Rassell (B.Britaniya) 1.17,968
18. Quanyuy Çjou (Çin) 1.18,037
19. Esteban Okon (Fransa) 1.18,049
20. Pyer Qasli (Fransa) 1.18,166

Həlledici mərhələ
306,630 km (4381 metrlik 70 dövrə)
1. Oskar Piastri Maklaren 1:38.01,989
2. Lando Norris Maklaren +2,141
3. Lüis Hemilton Mersedes +14,880
4. Şarl Lekler Ferrari +19,686
5. Maks Ferstappen Red Bull +21,349
6. Karlos Sayns Ferrari +23,073
7. Serxio Peres Red Bull +39,792
8. Corc Rassell Mersedes +42,368
9. Yuki Sunoda RB +1.17,259
10. Lens Stroll Aston Martin +1.17,976
11. Fernando Alonso Aston Martin +1.22,460
12. Daniel Rikkyardo RB 1 dövrə
13. Niko Hülkenberq Haas 1 dövrə
14. Aleksandr Albon Uilyams 1 dövrə
15. Kevin Maqnussen Haas 1 dövrə
16. Valtteri Bottas Zauber 1 dövrə
17. Loqan Sarcent Uilyams 1 dövrə
18. Esteban Okon Alpin 1 dövrə
19. Quanyuy Çjou Zauber 1 dövrə
Pyer Qasli (Alpin) finişə çatmayıb.

Şəxsi birincilik
1. Maks Ferstappen 265 xal
2. Lando Norris 189
3. Şarl Lekler 162
4. Karlos Sayns 154
5. Oskar Piastri 149
6. Lüis Hemilton 125
7. Serxio Peres 124
8. Corc Rassell 116
9. Fernando Alonso 45
10. Lens Stroll 24
11. Niko Hülkenberq 22
12. Yuki Sunoda 22
13. Daniel Rikkyardo 11
14. Oliver Berman 6
15. Pyer Qasli 6
16. Kevin Maqnussen 5
17. Aleksandr Albon 4
18. Esteban Okon 3

Mühəndislər kuboku
1. Red Bull 389 xal
2. Maklaren 338
2. Ferrari 322
4. Mersedes 241
5. Aston Martin 69
6. RB 33
7. Haas 27
8. Alpin 9
9. Uilyams 4
Избранный
144
football-plus.az

1Источники